Ana səhifə / Bölgələr / Cəlilabadın Təzəkənd kəndi bir həftədir susuzdur

Cəlilabadın Təzəkənd kəndi bir həftədir susuzdur

Cəlilabad rayonu Təzəkənd kənd sakinləri bir həftəyə yaxındır su üzünə həsrətdirlər.
Kənd sakinlərinin Azinforum.az-a verdiyi məlumata görə, buna səbəb artezian quyuların elektrik enerjisinin kəsilməsidir. Artezian quyulara verilən elektrik enerjisinin borc səbəbindən kəsildiyi bildirilir.
Qeyd edək ki, Cəlilabad rayonu Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin əhatə dairəsinə daxildir. Elektrik enerjisinə görə borc da Bərdə Subartezian Quyularının İstismarı İdarəsi tərəfindən “Azərişıq” ASC-nin Cəlilabad rayon şöbəsinə ödənməlidir.
İdarə ilə bir neçə gündür əlaqə saxlamağa çalışsaq da telefonlara cavab verən yoxdur.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …