Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / Cəlilabadda körpə uşaq anası intihar edib

Cəlilabadda körpə uşaq anası intihar edib

Cəlilabadda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan gənc ana Fatimə Rəhim qızı Əhmədova həyətdəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Ananın ölümündən sonra 1 yaşlı uşağı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …