Ana səhifə / Bölgələr / Cəlilabad təhsilində ilginc olaylar… – Müraciət…

Cəlilabad təhsilində ilginc olaylar… – Müraciət…

Cəlilabad rayon Göytəpə şəhər Ə. Hüseynov Küçəsi ev 9 ünvanında qeydiyatda olan Hüseynov Murad Əli oğlu və İbayev Fuad Ələkbər oğlu tərəfindən bir sıra dövlət qurumlarına şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də Azinforum.az-a daxil olan müraciətdə deyilir:

“Sizə bildiririk ki, Cəlilabad rayon Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbində 2018-2019-cu tədris ilinin sonunda məktəbdə böyük saxtakarlığa yol verilib.

Belə ki, məktəbin 11-A sinifində il boyu jurnal üzrə 20 şagird təhsil almışdır. 2019-cu ilin tədris ilinin yekun pedoqoji şurası keçirildi. Bu içlasla da tədris ilinə son qoyuldu. Lakin bundan sonra Məktəbin direktoru Zaur Ələkbərov Azərbaycan Respublikasının Konustitusyasının 24 maddəsinin 2-ci bəndinin kobud şəkildə bilərəkdən pozaraq, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə dövlət sənədi olan məktəb jurnalı üzrə bütün fənlərdə saxtakarlığa yol verilməsinə şərait yartmışdır. İl boyu üzünü bir dəfə də olsun müəllimlərin görmədiyi şagirdin adı yazılaraq, həmin şagirdə fənlər üzrə müəllimlərin xəbəri olmadan yüksək KSQ, BSQ, BAL və İllik qiymətlər çıxarılaraq həmin şagirdə dövlət sənədi hesab edilən attestat verilmişdir.

Ulu öndər Heydər Əliyev belə bir fikir demişdir:”Mən həyatda müəllim adından yüksək və şərəfli ad tanımıram” Lakin Göytəpə şəhər V.Mürsəlov adına bir nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov Ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi yüksək qiymətə çox təəsüf ki,öz şəxsi maraqlarına xidmət edərək xələl gətirmişdir.

Bununla bağlı dəfələrlə Təhsil nazirliyinə və aidiyyatı qurumlara müraciət etmişik. Lakin bu məsələnin nə dərəcədə arşdırılması ilə bağlı heç bir məlumat verilmir. Çox təəsüflə qeyd etmək istəyirik ki, məktəb direktoru Zaur Ələkbərovla bağlı ictimayyət arsında gəzən söz söhbətlərə görə təhsil nazirliyinin bəzi əməkdaşlarının köməkliyi ilə Zaur Ələkbərov bu işin altından rahat şəkildə çıxmağa çalışır. Lakin bu deyilənlərin nə qədər doğru olmasına biz də inanmırıq!

Qeyd edək ki, 22.07.2019-cu il tarixində Təhsil Nazirliyinin daxili nəzarət şöbəsi adı dövlət sənədində saxtakarlığa yol vermiş məktəb direktoru Zaur Ələkbərovu nazirliyə çağırıb orada ondan lazımı sənədlərin surətini alaraq izahat alınmışdır. Buna görə Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin göstərişi ilə Cəlilabd rayon Təhsil şöbəsinə Mən Hüseynov Murad Əli oğlunu və məktəbin coğrafiya müəllimi İbayev Fuad Ələkbər oğlunu dəvət edib izahatlarımız alındı. Şikayətlərimizdən 1 aydan artıq keçməsinə baxmayraq hər hansı bir araşdırma aprılmadı. Içtimayət arsında gəzən söz –söhbətə görə Zaur Ələkbərov nazirlikdə ona yaxın adamın əli ilə bu məsələni bağlamaqa çalışmışdır. Biz də araşdırmanın bu qədər ləng aprılmasından şübhələnib Təhsil Nazirliyinin Cənub regional kuratoru Əhliyyət Adgözəlovla telefon əlaqəsi saxlayıb bildirdik ki, iki aya yaxındır şikayyət olunub nazirlik rəsmiləri hələdə susur. Edilən zəngdən sonra səhəri dərhal Nazirliyin göstərişi ilə Cəlilabad rayon Təhsil şöbəsindən iki nəfər numayəndə Göytəpə şəhər V. Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə gələrək orada 11 A sinifində dərs deyən müəllimlərdən izahat alındı. Çox təhsüf ki, baş vermiş saxtakrlığın arşdırması kimin tərəfindən aprılması və nəticəsi barədə hələdə heç bir məlumat verilmir. Məktəb direktoru Zaur Ələkbərov isə heç bir saxtakrlığa yol vermədiyi kimi özünü göstərməklə sərbəst işini davam etdirir.

Zaur Ələkbərov aidyatı qurumlara eləcədə cəmiyyətə bildirir ki, ona məktəbin müəllimi Murad Hüseynov şər böhtan atır. Mən isə məktəb direktorunun saxtakrlığa yol verməsi barədə aidyyatı qurumlra etdiyim şikayətləri sübut etməyə kifayyət qədər sübutlarım var.

Şikayyətçi tərəf olaraq Təhsil Nazirliyindən tələb edirik ki, edilən şikayətlə bağlı 11 A sinifində baş vermiş qanun pozuntularının araşdırılıb ortaya çıxarılması məqsədi ilə, itdihamların tam sübüta yetrilməsi üçün adı çəkilən sinifdə dərs deyən fənn müəllimlərini izahatları Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşları tərəfindən alınsın. Onların əvəzində 11 A sinif jurnalında Siruz Əliyev adında şagirdə qiymətlərin verilmə cədvəli ekspertiza tərəfindən araşdırılsın, Əlavə olarq 11 A sinifində oxumuş şagirdlər dindirlsin.
Nəzərinizə çatdırırıq ki, həmin sinifdə aşağıda adları qeyd edilən müəllimlər fənləri tədris edir:

1. Hüseynov Murad
2. Məmmədov İkram
3. Dadaşov Şəmsəddin
4 Sadıqova Samirə
5 Kərimova Validə
6 Əliyeva İlhamə
7 Kərimova Rəna
8 Məmmədova Vüsalə
9 Fərzullayeva Aidə
10 Cəfərova Reyhan”

Cəlilabad təhsilində ilginc olaylar...

Azinforum.az olaraq bütün tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …