Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / BAŞÇI MÜAVİNİ ÖZ KABİNETİNDƏ SAHİBKARI DÖYÜB! – “Kəllə ilə sifətimə zərbə endirdi…”

BAŞÇI MÜAVİNİ ÖZ KABİNETİNDƏ SAHİBKARI DÖYÜB! – “Kəllə ilə sifətimə zərbə endirdi…”

Qax rayon İcra Hakimiyyəti Başçısının müavini Elbrus Tağıyev öz xidməti kabinetində iş adamını döyüb. Rayondakı mənbənin “AzPolitika.info”ya verdiyi məlumata görə, hadisə mayın 2-də baş verib, hazırda Qax Rayon Prokurorluğunda araşdırılır.

Məlumata görə, icra başçısının müavini rayonda “Qax” sularını istehsal edən müəssisələrdən birinin sahibi olan Mustafa Muxtarova xəsarət yetirib. İş adamı icra başçısının müavinindən prokurorluğa şikayət edib.

Qarabaş döyüşlərinin iştirakçısı, 3 dəfə Qax Bələdiyyəsinin üzvü seçilmiş, rayonda əhali arasında hörmət sahibi olan 54 yaşlı M.Muxtarov “AzPolitika.info”ya açıqlamasında məlumatı təsdiq edib. Sahibkar bildirib ki, mayın 1-də Elbrus Tağıyev ona zəng vuraraq, qayınanasına məxsus mağaza ilə bağlı onu İcra Hakimiyyətinə dəvət edib. Mayın 2-də saat 10 radələrində E.Tağıyevin qəbulunda olarkən rayonun baş arxitektoru və başqa bir nəfər də kabinetdə olub. İcra başçısının müavini M.Muxtarova bildirib ki, ərazi ilə bağlı başqa bir şəxs onlardan şikayət edib, guya həmin adamın əlində qanuni sənədi var. “Mən bu zaman etiraz etdim, bildirdim ki, əlində cizgi sənədi varsa məhkəməyə müraciət etsin. Siz niyə bu işə qarışır və bizə təzyiq edirsiniz. Elbrus Tağıyev məni etirazımdan sonra özündən çıxdı, yerindən qalxıb mənə tərəf yeridi, əvvəl yaxamdan yapışıb dartışdırdı. Sonra kəllə ilə sifətimə zərbə vurdu, burnumdan qan açıldı. Mən onun əlindən qurtarıb, sənədləri də götürüb otağı tərk etdim. Arxadan polisə qışqırdı ki, “bu zibili götürün rədd edin burdan””.

Elbrus

Elbrus Tağıyev

M.Muxtarov deyir ki, ordan çıxandan sonra icra başçısı ilə görüşməyə cəhd edib. Əvvəl deyiblər ki, başçı yerində yoxdur. Lakin bir qədər sonra başçı onunla görüşüb. “Başçı əvvəl mənə dedi ki, qələt edib sənə əl qaldırıb, mən onun cəzasını verəcəm. Lakin daha sonra söhbəti fırlayıb mənimlə bağlı köhnə incikliklərini yada salmağa başladı. Gördüm bu tədbir görən deyil, ordan çıxıb prokurorluğa getdim. Şikayət ərizəmi yazıb, tibbi ekspertdən keçdim. İndi prokurorluqda araşdırma gedir”.

Əməkdaşımızın Elbrus Tağıyevlə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Onun da mövqeyini öyrənməyə çalışırıq.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …