Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Başçı Cəlilabadı belə süründürür… – İTTİHAM

Başçı Cəlilabadı belə süründürür… – İTTİHAM

“…Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir…”

Bu sozləri Prezident İlham Əliyev oktyabrın 31 -də Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul zamanı etdiyi çıxışdandır. Cənab Preziden sözügedən qəbul zamanı bir çox məsələlərə toxundu və yerlərdə İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşların incidildiyinin yolverilməz olduğunu yeni icra başçılarının diqqətinə çatdırdı. Şübhəsiz Prezidentin həmin çıxışı həmin gün ölkənin gündəmini zəbt etdi Prezidentin bu çıxışından sonra yerli icra hakimiyyəti orqanları nə kimi nəticələr çıxardı? Yeni təyin olunanlar təbii ölkə başçısın iradəsini yerlərdə layiqincə təmsil edəcəklər. Amma köhnələr görəsən nə fikirləşir?

Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinə ötən ilin fevral ayında təyin edilib. Təyinatından bu yana onun rayonda nə kimi işlər gördüyü barədə məlumatlar olmasa da, sakinlərlə başçı arasında yaranan narazılıqlar barədə elektron kütləvi informasıya vasitələrində və sosial şəbəkələrdə kifayət qədər məlumatlar yayılıb. Əmlak Komitəsində Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışmış Namiq Zeynalovun rayonda daha çox köhnə problemləri qabartması barədə yayılan məlumatlarda güya Kərəm Həsənovun kadrı olmasına baxmayaraq keçmiş komitə sədrinin adamları ilə belə mübarizə aparması görüntüsü yaratmaqdan başqa bir şey deyil. Bizim onun Kərəm Həsənovla nə kimi münasibətlərdə olmasna toxunmaq fikrimiz yoxdur. Biz Namiq Zeynalovun Cəlilabadda yaratdığı yeni narazılıqlardan bəhs edəcik.

Aktualinfo.org-a Cəlilabad rayonundan verilən məlumatlara görə İra Başçısı Namiq Zeynalov beş gün öncə Yevlax və Xaçmaz rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbul edərkən ölkə başçısı İlham Əliyev cənablarının söylədiyi nitqindən heç bir nəticə çıxarmayıb. Məlum olduğu kimi oktyabr ayının 1-dən 10-a kimi ölkə ərazisində siyahıyaalınma keçirildi. Məlum olduğu kimi siyahıyaalınma prosesinə cəlb edilmiş vətəndaşlara dövlət tərəfindən zəhmət haqqı kimi birdəfəlik 300 manat vəsait verilir. Sözügedən vəsait siyahıyaalmada iştirak edənlərin kartına köçürülür. Cəlilabaddan redaksiyamıza verilən məlumatlara görə başçının göstərişlərinə əsasən siyahıyaalmada iştirak edən müəllimlərin kartı əllərindən alınıb. Etiraz edən müəllimlərin qarşısına isə İcra Başçısı qeyri -adi arqumentlər qoyub. Onsuz da dərs keçmir məktəbə boş-boşuna gedib maaş alırlar – deyə Namiq Zeynalov bildirib. Bununla da Namiq Zeynalov həm orta məktəblərdə dərslərin keçirilmədiyindən xəbər olduğunu ,lakin buna göz yumduğunu etiraf etmiş olub. Digər tərəfdən də ölkə başçısının cəmi beş gün əvvəl etdiyi çıxışdan heç bir nəticə çıxarmayaraq qanunsuz əməllərini davam etdirdiyini göstərmiş olub.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …