Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Barəsində araşdırmalar aparıldığı iddia edilən icra başçısı DANIŞDI: “Seçkiqabağı şou yaradırlar…”

Barəsində araşdırmalar aparıldığı iddia edilən icra başçısı DANIŞDI: “Seçkiqabağı şou yaradırlar…”

“Tərtər Rayon İcra Hakimiyyətində saxlanılan şəxs yoxdur”.


Bunu Demokrat.az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib. 


İcra Hakimiyyətinin başçısı deyib ki, rəhbərlik etdiyi qurumda Maliyyə Nazirliyi və ya digər hökumət qurumlarının audit-yoxlama aparması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:


“Bizdə heç bir yoxlama aparılmır. Bu barədə yayılan xəbərlərin hamısı yalandır. Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaflıq daim qorunur və bu prosesə şəxsən nəzarət edirəm”.

Related image


Müstəqim Məmmədov qeyd edib ki, qanun pozuntuları ilə bağlı rayon İcra Hakimiyyəti əməkdaşlarının hər hansı birinin saxlanılması haqda xəbərlər doğru deyil:


“Maraqlı dairələr var ki, onlar seçkiqabağı şou yaradırlar”.


Xatırladaq ki, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavinləri – Ramiz Tatarov (həmçinin, YAP rayon təşkilatının sədri) və Lalə Eyyubova saxlanılıblar.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …