Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Badımcan dolması, amma Lənkəran sayağı – VİDEO

Badımcan dolması, amma Lənkəran sayağı – VİDEO

Lənkəranın ən məşhur yay yeməklərindən biri bizim badımcan dolması kimi tanıdığımız qiymə-badımcandır. Amma onun həm dadı, həm bişirilmə qaydası adət etdiyimiz dolmadan olduqca fərqlənir. Yeməyin hazırlanma qaydasını videomuzda izləyin.

Bir nəfərlik qiymə badımcanın hazırlanması üçün bizə 180 qram və ya 3 ədəd badımcan, 150 qram dana və ya quzu əti, 80 qram pomidor, 70 qram soğan, 50 qram bitki yağı, 40 qram kərə yağı, zövqə görə duz, istiot və darçın lazımdır.

Maraqlısı odur ki, Lənkəran sayağı qiymə-badımcan hazırlanmasında çiy qiymə deyil, qaynadılmış ət istifadə edilir. Yeməyi sobaya qoymazdan öncə isə üzərinə ətin qaynadığı sudan əlavə edilir. Dolmaya həm də zövqə uyğun darçın vurulur. Beləliklə, adı bizə tanış gəlsə də, dadı tamamilə fərqlidir.

Nuş olsun!

https://www.youtube.com/watch?v=IupOTGbrPIU&feature=emb_title

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …