Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / Azad olunmuş ərazilərdə FHN-in növbəti strukturları işə başladı

Azad olunmuş ərazilərdə FHN-in növbəti strukturları işə başladı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından
Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Həmçinin oxuyun

“Naxçıvanqala”nın divarı bərpa zamanı yol verilmiş nöqsanlara görə uçub – Fotolar

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları qalanın …