Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / “Azəriqaz” döyüşdə yaralanan əsgərin borcunu ödədi

“Azəriqaz” döyüşdə yaralanan əsgərin borcunu ödədi

Masallı rayonu Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq.

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …