Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Azərbaycanın ən faciəli məktəbi: Uzunluğu 5, eni 3 metr olan daxma – VİDEO

Azərbaycanın ən faciəli məktəbi: Uzunluğu 5, eni 3 metr olan daxma – VİDEO

Lerik rayonunun Dico kəndində yerləşən ibtidai məktəb binası acınacaqlı vəziyyətdədir. Əslində təhsil müəssisəsindən çəkilmiş görüntülərə baxdıqdan sonra ora məktəb deməkdə çətinlik çəkirik.

Uzunluğu 5, eni isə 3 metr olan məktəbdə şagirdlərin təhsil alması üçün heç bir şərait yoxdur. Bu səbəbdən kənddəki qız uşaqları təhsil ala bilmirlər. Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə – 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsə də, qızlar məsafə uzaq olduğundan bundan məhrum qalırlar. Çünki deyilənə görə, uzaqlıqda yerləşən məktəbə dağ yolu ilə gedilir və bu yol qışda qar, çovğun olduqda gedilməz olur. Eyni zamanda ətrafda vəhşi heyvanların, canavarların olduğu bildirilir. O səbəbdən şagirdlər məcburən bu daxma tipli məktəbdəki ibtidai təhsillə kifayətlənirlər.

Qeyd edək ki, sözügedən müəssisədən həm də seçki məntəqəsi kimi istifadə olunur. Bu da onu deməyə əsas verir ki, ən azından həmin məntəqədən deputatlığa namizəd olmuş şəxslər bu acınacaqlı vəziyyəti görüblər. Buna baxmayaraq, məktəb Azərbaycanın ən faciəli təhsil müəssisəsi olaraq qalır.

Məlumat üçün bildirək ki, Dico kənd məktəbində təhsil almış xeyli sayda şagird Vətən müharibəsində iştirak edib. Kənddə yerləşən 13 evin hər birindən Qarabağda döyüşən oğullar olub.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …