Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Azərbaycanın ən az pensiya verilən ÜÇ RAYONU

Azərbaycanın ən az pensiya verilən ÜÇ RAYONU

“Bu halın yaranması güman ki, həmin rayonlarda rəsmi çalışanların sayının az olması, yüksək əmək pensiyası almaq üçün sığorta fonduna ödənilən vəsaitlərin azlığı ilə əlaqədardır”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlarda orta aylıq pensiya səviyyəsinə görə, Azərbaycanda ən aşağı pensiya alan rayonlar arasında 283,71 manatla Lerik, 285,25 manatla Ağdaş və 287,98 manatla Xaçmaz rayonlarının “liderlik” etmələrinə münasibət bildirərkən deyib:

“Çox güman bu rayonlarda maaşlar aşağıdır. Ona görə orta aylıq əmək haqqı da aşağı səviyyədədir. Orta aylıq əmək haqqının aşağı olması həmin rayonlarda işsizliklə bağlı problemin ciddiliyini və rəsmi iş yerlərinin sayının az olduğunu göstərir.

Nəticə etibarı ilə bu da təqaüdlərin həcminə təsir göstərir. Bundan başqa, stajı olmayan və ya müxtəlif səbəblərdən əmək pensiyası ala bilməyib, yaşa görə pensiya alanların sayının çox olması da həmin 3 rayonda ümumi orta statistik göstəricilərə belə mənfi təsir göstərib”. /Bizim.media

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …