Ana səhifə / Bölgələr / Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb?

Azərbaycanda vəzifəli şəxs oğluna məktəbli qız alıb?

Lerikdə məktəbli qızın ərə verilməsi barədə iddialar yayılıb.


İddialara görə, Lerikdə orta məktəbdə oxuyan 17 yaşı hələ tamam olmayan qız Sadiq Mirzəzadə adlı oğlana ərə verilib. Toy mərasimi iyunun 25-də baş tutub.


Məlumata görə, S. Mirzəzadə şəhər bələdiyyəsinin sədri Balaşirin Nəsirovun oğludur. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məsələ ilə bağlı Lent.az-a bildirilib ki, həmin iddiaların heç bir əsası yoxdur: 


“Belə ki, sözügedən toy mərasiminin baş tutduğu zaman daxil olan məlumat əsasında həmin xanımın yetkinlik yaşına çatıb-çatmaması araşdırılıb. Müəyyən edilib ki, onun 18 yaşı toydan bir neçə gün əvvəl tamam olub və o, tam orta təhsili başa vurub”.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …