Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Azərbaycanda internet üzünə həsrət qalan kənd – VİDEO

Azərbaycanda internet üzünə həsrət qalan kənd – VİDEO

Göyçayın Şixəmir kəndində 60-a yaxın ailə, 300-dən çox sakin yaşayır. İllərdir bu kəndə telefon xətləri çəkilsə də, deyəsən internetlə təmin etmək yaddan çıxıb.

Kənd sakini İlham İsmayılov deyib ki, COVID-19 pandemiyası zamanı onlayn dərs keçilərkən övladları internetin olmaması səbəbindən bundan faydalana bilməyiblər: “Rəsmilərə bir neçə dəfə müraciət etsək də, heç bir nəticəsi olmadı. Hər ay mobil internet paketinə 100-120 manat pul veririk”.

Barəsində bəhs edilən kəndin internet təminatı “Azeronline” birgə müəssisəsinə həvalə olunub. Şirkətin rəsmi nümayəndəsi Səbinə Təvəkkülova kəndə bu il internet xətlərinin çəkilişinin nəzərdə tutulmadığını bildirib.

Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …