Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Azərbaycanda bu kəndində heç kim maşın sürmür – VİDEO

Azərbaycanda bu kəndində heç kim maşın sürmür – VİDEO

Əsas məşğuliyyəti bağçılıq, əkinçilik və maldarlıq olan bu kənddə demək olar ki, hər təsərrüfatda bir motosiklet var. Onlar demək olar ki, bütün işlərini məhz bu nəqliyyat vasitəsi ilə həyata keçirirlər.
Söhbət Zaqatalanın Danaçı kəndindən gedir.
Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Danaçı kəndinin 9 min sakini var. Bu ucqar kənddə sakinlərin ən çox istifadə etdikləri nəqliyyat vasitəsi Rusiya istehsalı olan “İJ” markalı qoşqulu motosikletdir.
Kənd sakinləri ötən əsrin 80-ci illərindən başlayaraq təsərrüfat işlərini səmərəli görmək üçün at arabalarını qoşqulu motosikletlərlə əvəz etməyə başlayıblar. Hazırda kənddə iki mindən yuxarı motosiklet var.Ərazi baxımından ən böyük kəndlərdən olan Danaçı kəndində sakinlər öz bağ və əkin sahələri ilə yanaşı, kənd daxili, bəzən də digər yaxın ərazilərə elə motosiklet və velosipedlə gedirlər.
Cümə gününə təsadüf edən çəkilişimiz zamanı da yüzlərlə sakinin məscidə motosiklet və velosipedlə gəldiyinin şahidi olduq.
Qeyd edək ki, normal motosikleti təqribən 1500-2 min manata almaq mümkündür.

https://www.youtube.com/watch?v=1_Z6m4G6YkM

Həmçinin oxuyun

Sitalçay sakini: “Bar verən 200 meyvə ağacımız susuzuqdan quruyur”

Sakinlər iddia edir ki, içməli olduqları su xətlərdəki çürümələr səbəbindən küçələrə axır Xızının Sitalçay kəndinin …