Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr / Avtomobil aldı, qeydiyyatdan sonra həbs qoyuldu – VİDEO

Avtomobil aldı, qeydiyyatdan sonra həbs qoyuldu – VİDEO

Goranboy rayonunun Qaradağlı kənd sakini Namiq Sadıqovun aldığı maşının üzərinə həbs qoyulub.

Namiq Sadıqov aldığı avtomobili öz adına qeydiyyata saldıqdan 25 gün sonra minik maşınına həbs qoyulduğunu deyir.

Dediyinə görə, o ötən ilin sentyabrında Qazax sakinindən minik maşını alıb. Oktyabrın 4-də Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində avtomobili qeydiyyata saldırıb. Həmin vaxt ona avtomobildə hər hansı borc və ya həbs olması haqda məlumat verilməyib.

Maraqlısı budur ki, avtomobilini qeydiyyata saldıqdan 25 gün sonra ona minik maşınına həbs qoyulduğu bildirilib.

Namiq Sadıqov maşına qoyulan həbsin əvvəlki sahibinin borcu səbəbindən olmasını iddia edir və problemin tezliklə aradan qaldırılmasını istəyir.

Problemlə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Namiq Sadıqovun problemi araşdırmanın nəticələrindən sonra həll edilə bilər.

Həmçinin oxuyun

Lənkəranda veteranın anasının xəstəliyinə görə canına qəsd etdiyi deyilir

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayevin anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd etdiyi deyilir.Hadisə …