Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.
DİA,AZ
xəbər verir ki, Fazil Məmmədovun ötən ay vergilər naziri vəzifəsindən
azad olunmasından sonra onun “kurasiya”sında olan Şəmkir rayonu icra
hakimiyyəti başçısının dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Hazırda
Şəmkirin icra başçısı olan və Fazil Məmmədovun ən yaxın adamlarından
biri kimi tanınan Alimpaşa Məmmədovun vəzifəsindən göndəriləcəyi, hətta
onun xələfinin kimli barədə söhbətlər gəzir.
Yeni
ilin ilk günlərindən etibarən rayonda dolaşan xəbərlərə görə,
Məmmədovdan sonra rayonun icra başçısı postuna ən real namizəd qismində
Şəmkirin sabiq rəhbəri Aslan Aslanovun (1993-2005) qardaşı, buna qədər
Gəncədə bir sıra yüksək vəzifələrdə işləmiş Əziz Aslanovun adı hallanır.
Hətta onun bu vəzifəyə təyinat çərçivəsində “ilkin prosedur”lardan keçdiyi də söylənilir.
Həmçinin oxuyun
Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”
Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …