Beyləqan icra Asif Ağayev yarım ildən artıqdır ki, sələfi Vaqif
Abdullayevdən qalan kadrları təmizləməklə məşğuldur. Köhnə və yaşlı
kadrları gənclərlə əvəz edən başçının bu addımı həm Beyləqanda, həm də
yuxarı dairələrdədə təqdir edilir. Ancaq Asif Ağayev özünün birinci
müavini ilə bağlı problemini həll edə bilmir və belə görünür ki, Telman
Məstanovu vəzifədən ala bilməyəcək.
Bu
barədə PİA.az-a Beyləqandan daxil olan məlumatda bildirilir ki, Asif
Ağayev Beyləqana sərəncam alan gündən Telman Məstanovla yolları ayırmaq
istəyir. Lakin bütün gözləntilərə rəğmən o, vəzifəsinui qoruya bilib və
gözləntilərin əksinə olaraq Məhəmməd Qələndərov ikinci müavin postunda
uzaqlaşdırılıb. Məhəmməd Qələndərovun vəzifədən alınması isə Beyləqanda
doğrudan təəccüblə qarşılanıb. Çünki Qələndərov həm beyləqanlılar
tərəfindən sevilirdi, həm də iddialara görə Asif Ağayev onunla işləmək
arzusunda olub.
PİA.az-a
Beyləqandan daxil olan məlumata görə Asif Ağayev Telman Məstanovun
adını qara siyahısında ilk birincilikdə qeyd edib. Başçının birinci
müavinin yerinə daha sanballı və işgüzar birini gətirmək istəməsi xeyli
vaxtdır ki, icra hakimiyyətinin dəhlizlərində danışılır. Onsuzda
Beyləqanda hər kəs bilir ki, Telman Məstanov iş saatının çıx hissəsini
şəriki olduğu LUKOİL yanacaq doldurma məntəqəsində keçirdir.
Bildirilir
ki, Asif Ağayev bir müddət əvvəl Telman Məstanova ərzizəsini yazmağı
tapşırıb. Başçının bu tapşırığndan sonra bitinci müavin şəriki iş adamı
İlqar Məmmədovun dəstəyi ilə Asif Ağayevi bir müddət “susdura” bilib.
Belə ki, Telman Məstanov özünü şərikinin əli ilə Dövlət Neft Şirkətinin
yüksək vəzifəli şəxsindən onun vəzifədə qalması üçün Asif Ağayevdən
xahiş etdirib. Məlumatda həmin yüksək vəzifəli şəxsin SOCAR
vitse-prezidenti Bədəl Bədəlovun olduğu qeyd edilir.
Bildirək
ki, Asif Ağayevin icra başçısı təyin edilməsində Bədəl Bədəlovun böyük
əməyi mövcuddur. Hazırda Beyləqan rayonuna qeyri rəsmi kuratorluğu da
Bədəl Bədəlov həyata keçirir. Buna misal olaraq bir neçə ay öncə Bədəl
Bədəlovun Beyləqana səfər edərək görülən işlərlə tanış olmasını
göstərmək olar.
Məlumatda
Telman Məstanovun Bədəl Bədəlov tərəfindən tapşırılması İcra başçısı
Asif Ağayevi çətin vəziyyəyə salıb. Çünki başçı birinci müavininə görə
havadarları arasındakı ciddi münasibətləri soyutmaq istəyində deyil.
PİA.az-a
daxil olan digər məlumatda iddia edilir ki, Telman Məstanov hazırda
Beyləqanın böyük idarələrindən birinə müdir getmək istəyir və həmin
idarədə yer boşalmasını gözləyir. Lakin həmin idarə müdirinin də
əlaqələrinin geniş olması Telman Məstanovun hələ uzun müddət birinci
müavin postunda oturacağından xəbər verir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..
Həmçinin oxuyun
İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir
Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir …