Ana səhifə / Bölgələr / Araz çayının səviyyəsi düşdü, kəndlər susuz qaldı – Video

Araz çayının səviyyəsi düşdü, kəndlər susuz qaldı – Video

2000 nəfərə yaxın vətəndaşın yaşadığı İmişlinin Oruclu kəndində sakinlər su üzünə həsrət qalıblar.

Bu barədə sakinlər məlumat verib. Onlar iddia edir ki, 3 ilə yaxındır ki, su üzünə həsrətdirlər. Vəziyyətdən çıxış yolu tapa bilmirlər.

Sakinlər əkin sahələrinin suvara bilmədiklərini, həyətlərindəki meyvə ağaclarının susuzluqdan quruduğunu deyirlər.

Kənd bələddiyyəsi də su təchizatında ciddi problemlərin olduğunu etiraf edib.

Suvarma Sistemləri İdarəsindən bildirilib ki, kəndi su ilə təmin edən Araz çayında səviyyə düşüb. Nəticədə su müəyyən qrafik əsasında verilir və bu isə kəndliləri qane etmir.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …