Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / “Antikorrupsiya” Beyləqanda… icra başçısı Asif Ağayev təlaş içində

“Antikorrupsiya” Beyləqanda… icra başçısı Asif Ağayev təlaş içində

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.RealMedia.az xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.Qeyd edək ki, əməliyyat keçirilən rayonlar sırasında Beyləqan rayonununda adı yer alıb. Və əməliyyat nəticəsində rayonun bir neçə vəzifəli şəxsləri saxlanılıb.RealMedia.az xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqan rayonunda keçirdiyi əməliyyat tədbirləri icra başçısı Asif Ağayevi də təlaşlandırıb. Və bu təlaşa əsas da var. Çünki icra başçısının özünün və ətrafında olan ayrı-ayrı vəzifəli şəxslərinin barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddət əvvəl ciddi şəkildə araşdırmalara başlanılıb. Və icra başçısı düşünür ki, yaranmış vəziyyətlə əlaqədar olaraq hər an onunda qapısı döyülə bilər. Hazırda icra başçısı “antikorrupsiya” “xofu” yaşayır.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …