Ana səhifə / Bölgələr / ANAMA daha 102 mina zərərsizləşdirib

ANAMA daha 102 mina zərərsizləşdirib

03-06 dekabr tarixlərində Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-nın məlumatına görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları 30 operativ və təxirəsalınmaz əməliyyat həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …