Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Bölgələr / Ağsunun bu kəndində bir çox uşaq yazıb-oxuya bilmir – Video

Ağsunun bu kəndində bir çox uşaq yazıb-oxuya bilmir – Video

Ağsu rayonunun Zərqəva kəndində məktəb yoxdur. Bu səbəblə kəndin uşaqları məktəbə getmirlər.

Həmin kəndə ən yaxın məktəb isə qonşu kənddədir. Amma məsafə uzaq olduğuna görə valideynlər övladlarını o məktəbə apara bilmirlər.

Valideynlər deyirlər ki, uşaqları qonşu kəndin məktəbinə ancaq atla aparmaq imkanları var. Amma havalar soyuduqda və yağış yağmağa başladıqda heç onu da etmək mümkün olmur.

Sakinlərin sözlərinə görə, məktəbsizlik ucbatından kənddən köçənlər də olub, övladını internat tipli məktəbə qoyanlar da.

Bir neçə il əvvələ qədər kənddə ancaq ibtidai məktəb olub. Amma sonradan o da ləğv edilib.

Kənd icra nümayəndəliyindən bildirildi ki, məktəb şagird azlığı səbəbindən bağlanıb.

Problemlə bağlı Ağsu rayon Təhsil Şöbəsindən isə bildirildi ki, Zərqəva kəndində şagirdlərin sayı yetərli olmadığından həmin kənddə məktəbin tikilməsi mümkün deyil.

Ətraflı videomaterialda:

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …