Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / Ağstafada şübhəli tenderlər – Vergi borcu olan şirkətlə müqavilə

Ağstafada şübhəli tenderlər – Vergi borcu olan şirkətlə müqavilə

Ağstafa Rayon İcra Hakimiyyəti cari ilin avqust ayında 2 satınalma müqaviləsi imzalayıb.

“Topxana İnşaat Layihə” MMC və “Mega An İnşaat” MMC ilə bağlanan müqavilələrin cəmi maliyyə dəyəri 435 895.25 AZN təşkil edir. Müqavilələrdə Ağstafa rayonunda yolların əsaslı təmiri (“Topxana Layihə İnşaat” MMC – 369 241.82 AZN) və abadlıq işləri (“Meqa An İnşaat” MMC – 65653.43 AZN) nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Topxana İnşaat Layihə” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bayraçov Əli Kamal oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonları, nə də veb-səhifəsi var.

26 ildir fəaliyyət göstərən bir şirkət haqqında hər hansı bir məlumatın olmaması bir qədər şübhəlidir. Ehtimal etmək olar ki, sözügedən şirkət şübhəli tenderlərdə istifadə etmək üçün yaradılıb.

Bu arada qeyd edək ki, “Topxana Layihə İnşaat” MMC-nin bu günə olan vergi borcu 3513.09 AZN-dir. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

“Meqa An İnşaat” MMC-yə gəlincə, şirkət 1 dekabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa rayonu, Ağstafa şəhəri M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğludur.

Yaşar Aslanov həm də “Səma MM İnşaat” MMC-nin qanuni təmsilçisi olub. “Meqa AN İnşaat” MMC-yə məxsus Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 26 avqust 2020-ci il tarixə qədər “Səma MM İnşaat” MMC-yə aid olub.

Bundan başqa, “Səma MM İnşşat” MMC şübhəli şirkət kini tanınır. Mediada gedən məlumatlara görə, bir müddət əvvəl Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda sözügedən MMC-nin Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirdilməsi, görülməyən işlərə görə pul ödənişləri kimi halların aşkar olunduğu bildirilir.

Ağstafa rayonunun icra başçısı Seymur Orucovdur. O, 2020-ci ilin may ayından bu vəzifədədir. Reportyor.info

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …