Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / Ağcabədidə qonaqlıq təşkil edənlər cəzalandırıldı – VİDEO

Ağcabədidə qonaqlıq təşkil edənlər cəzalandırıldı – VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 12 nəfər inzibati qaydada cərimə edilib. Digər 2 nəfər barəsində isə protokollar tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …