Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / 85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı – VİDEO

85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı – VİDEO

Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik bu gün də sənət qədri bilənlər tərəfindən qorunur. 

Cəlilabad rayon sakini, 85 yaşlı Mustafa Heydərov 65 ildir pinəçiliklə məşğuldur.

Usta öz müştərilərini rayonun M.F.Axundov küçəsindəki kiçik bir köşkdə qarşılayır. 

M.Heydərov deyir ki, vaxtilə bu sənət sahiblərinə xüsusi hörmət ediblər:

“O vaxtın pulu ilə 500-600 manata qədər aylıq qazancımız olub. İndi isə bu sənətə maraq azalıb. Gəlir çox azdır”.

Usta təmir etdiyi ayaqqabılar üçün 3-7 manat pul alır.

M.Heydərov 1953-1954-cü illərdə Almaniyada hərbi xidmət zamanı da pinəçiliklə məşğul olub. Elə oradan dörd marka aldığı biz aləti bu gün də qocaman sənətkara yoldaşlıq edir.

Usta sağlamlığı imkan verdiyi qədər, bu peşəni yaşadacağını deyir.


Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …