Cümə , Aprel 19 2024
Ana səhifə / Bölgələr / 78-ci dairədə seçki rəzaləti

78-ci dairədə seçki rəzaləti

Bu günə olan məlumat belədir: 78 saylı Lerik Seçki Dairəsi, Lerik rayonunun 161 kəndini əhatə etməklə, 108 məntəqədən ibarətdir. Lerikdə 29 ərazi inzibati vahidi var. Kəndlərin və məntəqələrinin sayı ən çox olan dairədir. Lerikin əksər kəndlərində 0,5 metrdən çox qar var, yolları da çox pisdir.

Hələ bu azmış kimi bu gün yeni bir məlumat yayıldı. Lerik rayon İcraHakimiyyətinin qərarına görə, namizədlər ancaq 29 ərazi vahidinin mərkəzi kəndlərində, yəni cəmi 29 kənddə təbliğatla məşğul ola bilərlər. 132 kənd təbliğatdan kənar qalmalıdır. Çox absurd qərardır. Bəribaşdan deyimki, bu qərar qanunsuz olduğundan onu rədd edirəm. İkincisi və ən əsası bu qərar ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı islahatlar kursuna daban-dabana ziddir. İcra hakimiyyətinin ərazi nümayəndələridə bu qərarın yerlərdə bəh-bəhlə təbliği ilə məşğuldurlar. Heç bir halda buna yol vermək olmaz. Burdan rayon icra hakimiyyətinə səslənib, absurd qərarlarına yenidən baxmağı xahiş edirəm.

Görünür, Lerik həqiqətən gözdən uzaq, könüldən iraq düşüb. Yoxsa belə olmasaydı seçki ilə namizədlər və seçicilər məşğul olardı, icra nümayəndələri və bələdiyyələr yox. Artıq bu gündən bütün icra nümayəndələri və bələdiyyələr yerlərdə plakatlar yapışdırıb təbliğatla məşğuldular. Hər bir rayon sakini buna biganə qalmamalı, öz münasibətini bildirməlidir.

78 saylı Lerik Seçki dairəsində deputatlığa qeydə alınmış namizəd Firdovsi Şahbazov

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …