Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Bölgələr / 28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir…

28 il əvvəl Kəlbəcəri zəbt etmiş mülki işğalçılar sonuncu salamat evləri yandırır və gedir…

Kəlbəcərin işğal edilməsindən sonra qanunsuz olaraq ora yerləşmiş mülki erməni işğalçıları salamat qalmış sonuncu evləri də dağıdıb od vurur. Və noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılacaq bu əraziləri tərk edir.

Mülki erməni işğalçılarının Kəlbəcər rayon mərkəzini tərk etməsi barədə bu ərazilərdə dolaşan amerikalı jurnalist-bloqer Patrik Lankaster növbəti reportajında bəhs edir. Bu həmin jurnalistdir ki, müharibə başlayandan bəri Qarabağda dolaşır və ermənilərin “əzab çəkdikləri barədə” reportajlar hazırlayıb YouTube kanalında yayır. O, hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də görünür sonradan ermənilərin verdikləri ianə hesabına yenidən Qarabağa dönüb və bu dəfə “erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları” barədə reportajlar hazırlamaqla məşğuldur.

Ermənipərəst amerikalının hazırladığı növbəti reportajda Kəlbəcər şəhərində ev əşyalarını, qəbir daşlarını və əllərinə keçən hər şeyi maşınlara yükləyən erməniləri görmək olur. Onlardan biri deyir ki, 2 gün sonra Kəlbəcər Azərbaycanın nəzarəti altına qaytarılacaq və bu səbəbdən 25 ildir yaşadıqları yerləri tərk edirlər. Həmin erməni ailələrinin artıq Ermənistana getdiyini bildirir.

Sanki Kəlbəcərə Azərbaycanın dəvəti ilə gəlib dürtülmüş və indi rədd olub getdiyi üçün özünü “incidilmiş məxluq” kimi göstərən bu ermənilər jurnalisti müşaiyət edən şəxsin rusdilli olduğunu görən kimi “yəqin Putin bizə kömək edər” deyir.

P.Lankaster “qaçqınlar” kimi təqdim etdiyi ermənilərin Kəlbəcərdən çıxarkən evləri, məktəbləri, infrastrukturu yandırdıqlarını, azərbaycanlılara qalmasın deyə yararsız hala saldıqlarını da qeyd edir. virtualaz.org

Həmçinin oxuyun

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın …