Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / “2020-ci ildə də Naxçıvanın inkişafı davamlı xarakter alacaq” – Vasif Talıbov

“2020-ci ildə də Naxçıvanın inkişafı davamlı xarakter alacaq” – Vasif Talıbov

“Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcək”.

Bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov deyib.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edən V.Talıbov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah var.

O bildirib ki, sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin edib: “Azərbaycanın Naxçıvan Muxtar Respblikasının xarici ölklərlə əlaqələri də genişlənib. 2019-cu ildə müxtəlif səviyyəli 44 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bundan başqa muxtar respublikanın nümayəndə heyətləri 46 dəfə xarici səfərlərdə olub, müxtəlif elmi, mədəni, iqtisadi, səhiyyə, idman və digər tədbirlərdə iştirak ediblər”.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …