Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Əhəd Abıyev “uzunqulaqla yayılmış video”ya münasibət bildirdi

Əhəd Abıyev “uzunqulaqla yayılmış video”ya münasibət bildirdi

Daşkəsən Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra başçısı Əhəd Abıyevlə bağlı yayılan məlumatlara münasibət bildirib.

Azinforum.az xəbərinə görə, məlumatda bildirilib ki, Əhəd Abıyevin Fövqəladə Hallar Nazirliyi, o cümlədən heç bir əxlaq normasına sığmayan  “uzunqulaqla yayılmış video” barəsində heç bir müsahibəsi olmayıb.

“Görün bu nə qədər şərəfsiz, murdar məxluqdur. Həyasızcasına yalan danışaraq deyir ki, guya icra başçısı buna müraciət edib. Əgər belə bir danışıq, zəng olubsa, onda səs yazısın göstərsin. Qətiyyətlə bildiririk ki, belə bir hal olmayıb. Bu, yalandır və xaricdən ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparan bəzi üzdəniraq, falabaxan blogerlərin uydurmasıdır. Guya Əhəd Abıyevin milyardlıq mülklərinin olması barəsində həyasızcasına səsləndirilən fikirlər də tamamilə yalandır, şərəfsizlikdir, 3 il bundan əvvəl əsassız və qərəzli formada yayımlanmış qarayaxma kampaniyasının tərkib hissəsidir. İcra başçısının mülkləri ilə bağlı oxuduqları siyahı yalandır, uydurmadır. Belə ki, eyni həmin əsassız, şər-böhtan xarakterli mülklər siyahısı təsdiqini tapmadığı üçün elə o vaxt bir sıra saytlarda təkzib edilmişdir. Həmçinin Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, tam yalan məlumatlardan ibarət siyahı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və məhkəmənin hökm ilə həmin əsassız siyahını yayan cavabdeh şəxslərin barəsində məsuliyyətə cəlb olunmaqla hüquqi tədbirlər görülmüşdür. Bu gün bilərəkdən məkrli niyyətlə hazırlanan, şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən bəzi üzdəniraq blogerlərin qərəzli çıxışları Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələmək məqsədi güdür. Xaricdən qərəzli, böhtan danışan blogerlərin bu cür çıxışlarına səbəb İcra başçısı Əhəd Abıyevin rayonda keçirilən tədbirlərdə və vətəndaşlarla səyyari görüşlərdə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə və qazilərimizə göstərdikləri diqqət və qayğısı, hazırda yeni reallıqlar yaradan Prezidentimizin “Dəmir yumruğunun” düşmənə qarşı hər an yerində olması və bunun nə düşmənin, nə falabaxan müxalifətin, nə də xaricdən ağzınagələn qərəzli, böhtan danışan blogerlərin unutmamaları ilə bağlı haqlı, doğru-düzgün çıxışlarıdır. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdırmağa hesablanmış həmin yalan məlumatların heç bir əsası yoxdur, bu, uydurma və şayiədir.  Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir”.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …