Ana səhifə / Bölgələr / Zaqatala sakini 47 ildir evində tısbağa saxlayır – FOTOLAR

Zaqatala sakini 47 ildir evində tısbağa saxlayır – FOTOLAR

Zaqatala sakini Əsgər Məmmədov 50 ilə yaxındır ki, evində tısbağa saxlayır. Oyma sənəti ilə məşğul olan usta tısbağanı özünə yaxın dost hesab edir.

“1973-cü ildə meşədə qarşıma çıxdı. O zaman balaca idi. Götürüb özümlə evə gətirdim. O gündən bəri tısbağa bizim həyətdə yaşayır. Artıq 47 il keçir”, – deyən Ə.Məmmədov heyvanı göz bəbəyi kimi qoruyur və onun qidalanmasına xüsusi diqqət yetirir.

Qeyd edək ki, tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50-100 il yaşaya bilirlər. Bəzi növlər var ki, hətta 150 il yaşayır.

Azvision.az

Həmçinin oxuyun

Naxçıvandakı Olimpiada təxirə salındı

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb. Söhbət Naxçıvanın ev sahibliyi …