Çərşənbə , İyul 17 2019
Ana səhifə / Bölgələr / Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı – Fotolar

Zərdab rayonunda şəhidin məzarı abadlaşdırıldı – Fotolar

Zərdab rayonundan olan tanınmış iş adamı Vəfa Muradzadə şəhid İsgəndərov Xəzani Nizami oğlunun məzarını abadlaşdırıb.

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, dünən Zərdab ictimayiyyətinin nümayəndələri və iş adamı Vəfa Muradzadə şəhidin məzarını ziyarət ediblər.

Şəhidin ruhuna Qurani-Kərim oxunub, dualar edilib. Vəfa Muradzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Zərdab rayon bölməsinin əməkdaşları və şəhidin ailə üzvləri N.İsgəndərovun ruhuna hörmət əlaməti olaraq məzarına gül dəstələri qoyublar. 

Şəhidin anası Pəri xanım Vəfa Muradzadəyə öz təşəkkürlərini bildirib. 

“Mən bunu kiməsə xoş getsin üçün etməmişəm bu mənim insanlıq borçumdur. Şəhidlərimiz torpaqlarımız üçün döyüşüb şəhidlik zirvəsinə ucalıblar.Allah rəhmət eləsin. İnəşallah, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunacaq və şəhidlərimizin də ruhları şad olacaq”, – deyə Vəfa Muradzadə bildirib.

Sonra tədbir iştirakçıları şəhid ailəsinə baş çəkiblər.

Coşqun Abdullayev

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar, ayakkabılar, ağaç, çocuk ve açık hava
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, oturan insanlar, ayakkabılar, ağaç ve açık hava
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ağaç, bitki, ayakkabılar, açık hava ve doğa
Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, ağaç, bitki, çiçek, çocuk, açık hava ve doğa
Görüntünün olası içeriği: 1 kişi, bitki, ağaç, çiçek ve açık hava
Görüntünün olası içeriği: 6 kişi, ayakta duran insanlar ve açık hava

Həmçinin oxuyun

Aslan Aslanovun qardaşı Şəmkirə icra başçısı gəlir? – İDDİA

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qardaşının rayona rəhbər göndəriləcəyi deyilir.DİA,AZ xəbər verir ki, Fazil …