Ana səhifə / Bölgələr / Zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirilib – FOTO

Zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirilib – FOTO

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

 olub.

Həmçinin oxuyun

Goranboylular: “Nə külək var, nə də qar, amma işıqları söndürüblər”

Goranboyun 1500-dən artıq sakini olan Boluslu kəndi gecədən işıqsız qalıb.İşıqsız qalan kənd sakinlərinin sözlərinə görə, …