Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Bölgələr / Yol polisi İmişli rayonunda motoskletləri yığdı: Sürücülər etiraza qalxdı – Video

Yol polisi İmişli rayonunda motoskletləri yığdı: Sürücülər etiraza qalxdı – Video

İmişli rayonunun kəndlərindən motoskletlər yığılıb.

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, İmişli Rayon Yol Polisi İdarəsinin bu qərarına etiraz edən sürücülər aksiya keçiriblər.

Sürücülər deyiblər ki, onlar motoskletləri vasitəsilə müxtəlif təsərrüfat işlərini görürlər. Sürücülər deyirlər ki, qonşu rayonlarda motoskletlər yığışdırılmadığı halda, İmişlidə bu qərarın verilməsi ciddi etiraz doğurub.

İmişli Rayon Yol Polisi İdarəsinin rəisi Eldəniz İmamyarov Avropa.info-nun əməkdaşına bildirib ki, motoskletlərin yığılması onların sənədsiz olması, onların sahiblərinin sürücülük vəsiqələrinin olmaması ilə bağlıdır. E.İmamyarov qeyd edib ki, sürücülərin bir neçəsi sənəd təqdim etdikdən sonra onlara cərimə yazılıb və motoskletlər sahiblərinə qaytarılıb. 


Həmçinin oxuyun

Oğuzda ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – VİDEO

Ötən gün Oğuz sakini Baku TV-yə üz tutaraq tapdığı saatın sahibini axtardığını bildirib. Belə ki, …