Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Bölgələr / Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu – VİDEO

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu – VİDEO

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Həmçinin oxuyun

Evi yanan şəhid anası çöllərdə qalıb + FOTOLAR

Göyçay rayonu İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı yaşadığı evin yandığını, lakin …