Cümə , Oktyabr 30 2020
Ana səhifə / Bölgələr / Xan Sarayında yaralananlardan biri dünyasını DƏYİŞDİ

Xan Sarayında yaralananlardan biri dünyasını DƏYİŞDİ

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə apa-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Həmçinin oxuyun

Ermənilər Goranboya raket atdı, ölən var

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bu barədə …