Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Bölgələr / Xaçmazda sakinlərini dinləməyə Qubanın icra başçısı gəldi – Video

Xaçmazda sakinlərini dinləməyə Qubanın icra başçısı gəldi – Video

Xaçmaz rayonunda su problemi ilə aksiya keçirilib. 

Jurnalist Cəmil Məmmədli Yenisabah.az-a bildirib ki, rayonun bir neçə kəndində su problemi var. İnsanlar da müvafiq qurumlardan problemin həllini tələb edirlər.

Xaçmazın Arzu kəndinin sakinlərinin keçirdiyi aksiya zamanı isə maraqlı olay baş verib. İnsanları dinləməyə Qubanın icra başçısı Ziyəddin Əliyev gəlib. O, kənd sakinlərinə bildirib ki, problem qısa müddətdə həll olunacaq. İcra başçısının sözlərinə görə, problemə səbəb çaylarda suyun səviyyəsinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası zamanı sərfiyyatın artmasıdır.

“Amma tez bir zamanda problem həllini tapacaq”, – deyə icra başçısı bildirib.

Həmçinin oxuyun

Beyləqanda bələdiyyə sədri səfərbərlikdən necə yayınıb?

Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq? Bu gün Azərbaycanda Böyük Vətən …