Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Bölgələr / Xaçmazda şəhidin qəbri dağıdıldı – VİDEO

Xaçmazda şəhidin qəbri dağıdıldı – VİDEO

Xaçmaz rayonunda şəhid Səbuhi Hüseyinlinin qəbri dağıdılıb.

Bekə ki, rayonun Maqsudkənd kənd sakinləri buna etiraz olaraq qəbiristanlığa yürüş ediblər.

Belə ki, Vətən müharibəsi şəhidinin qəbrinin ətrafı bir müddət əvvəl düzəldilsə də, sonradan naməlum şəxslər tərəfindən dağıdılıb. Bunun ardından kənd camaatı polisə gedərək hadisə ilə bağlı izahat verib, lakin hələ də bunu edən şəxs tapılmayıb.

Şəhid anası Samirə Əhmədxanova deyir ki, baş verənlər oğlunun məzarına qarşı hörmətsizlikdir:

“Qəbrin yanlarına böyük qara güldanlar alıb yerləşdirmişdim. Bayraq formalı güllərlə bəzəyib, hasarlamışdım. Ayın 2-si ad günü idi. Buraları kiçik bir cənnətə çevirmişdim. Dünən mənə qəbrin dağıdıldığını dedilər. Gəldim gördüm ki, heçnə qalmayıb. Polisə də müraciət etdik, 5 saat onların gəlməsini gözlədik. Bütün kənd camaatı bundan narahatdı, amma polis axşam 5-də gəlib-çıxdı. Nə üçün bunu ediblər? Səbuhi ona görə şəhid oldu ki, qəbrini dağıdıb töksünlər?”.
https://www.youtube.com/embed/b352t88PMhM

Həmçinin oxuyun

Prezident Daşaltı kəndində tunelin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində …