Ana səhifə / Bölgələr / Xaçmazda iti asan 86 yaşlı kişi görün kimin atası imiş TƏFƏRRÜAT

Xaçmazda iti asan 86 yaşlı kişi görün kimin atası imiş TƏFƏRRÜAT

Xaçmaz rayonunun Gödəkli kəndində iti asaraq öldürən 86 yaşlı Balasoltan Daşdəmirov dələduzaluqda ittiham olunan xanım vəkilin atası imiş.

Həyətinə girən iti asaraq amansızlıqla öldürən kişi vəkil Sevil Hacıyevanın atası imiş.

Sevil Hacıyeva ictimiayyətə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşlarının qalmaqallı məhkəmə işlərindən tanışdır.

Arif Əsgərovun oğlu Elnar Əsgərov bir neçə nəfərdən miylonlar alaraq atasının rəhbər olduğu QSC-dən pul qazanmağı vəd etmişdi. Lakin həmin şəxslərin pulu qaytarılmayanda Hüseynov qardaşları hədəfə çıxarıldı. Elnar Əsgərov dedi ki, “qara mühasibatlıq” işinə Hüseynov qardaşları baxdığı üçün pullar onlardadır. Hüseynov qardaşları həbs edildi.

Məhkəmə ərəfəsində Rahib Hüseynovun vəkili Sevil Hacıyeva idi. Proseslər zamanı onlar arasında sevgi münasibətləri yaranıb. Rahib əmlakları müsadirə olunmasın deyə Sevil Hacıyevanın adına keçirib. Rahib Hüseynovun atası bildirir ki, bundan sonra Sevil Hacıyeva onların əmlaklarını mənimsəyib. Şikayətlərdən sonra Sevil Hacıyeva Vəkillər Kollegiyasından çıxarılıb.

Qeyd edək ki, iti öldürən B.Daşdəmirov İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) 500 manat məbləğində cərimə edilib. Daşdəmirov deyib ki, it onun həyətindəki ərzaqları yediyi üçün iplə bağlayıb. İt çalaya düşdüyü üçün boğularaq ölüb. Musavat.com

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …