Cümə axşamı , May 26 2022
Ana səhifə / Bölgələr / Vasif Talıbov sərəncam imzaladı

Vasif Talıbov sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla bir sıra fəal qadınlar təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndinə əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Babayeva Zərövşən Yaşar qızı, Məmmədova Ruqiyyə Hüseyn qızı “Əməkdar müəllim”, İsmayılova Səkinə Hacı qızı “Əməkdar həkim”, Rüstəmova Gülşad Qəzənfər qızı “Əməkdar tibb işçisi”, Rüstəmova Süsən Elmixan qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə, Hüseynova Rəna Sultan qızı, Muxtarova Fərqanə Yusif qızı, Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Həmçinin oxuyun

“Yardımlı meşələri yağmalanır”

“Mərkəzin direktoru sanki meşəni satışa çıxarıb. Ağackəsənlər gedir, otbiçənlər gəlir… Nadir ağaclar kəsilir, daşınır. Hektarlarla …