Şənbə , May 18 2024
Ana səhifə / Bölgələr / Vasif Talıbov onlara mənzil və avtomobil hədiyyə etdi

Vasif Talıbov onlara mənzil və avtomobil hədiyyə etdi

Naxçıvanda şəhid ailəsi və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib.

Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilib.

Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunub.

Şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki yeni yaşayış binalarında yerləşir.

Həmçinin oxuyun

İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb?

Bu ilin ilk rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.Yeniavaz.com açıqlanan rəsmi …