Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Bölgələr / Vasif Talıbov cəbhə xəttində olub – FOTO

Vasif Talıbov cəbhə xəttində olub – FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olub, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev məlumat verib ki, şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir.

Qeyd olunub ki, təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, mövqelər arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və mövqelər müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub.

Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

Beyləqanda kimsənin bata bilmədiyi məmur… – İTTİHAM

Dəfələrlə saytımızda Beyləqanda “Dostluq” Damazlıq Birliyi Sovxozunun (hal-hazırkı adı “Azəraqrar” Aran Mərkəzi Regional İdarəsi) direktoru …