Cümə , Oktyabr 22 2021
Ana səhifə / Bölgələr / “Uzaq sahillərdə” filmindəki bəzi səhnələrin çəkildiyi ev uçmaq üzrədir – VİDEO

“Uzaq sahillərdə” filmindəki bəzi səhnələrin çəkildiyi ev uçmaq üzrədir – VİDEO

Alman zabitlərinin gəldiyi, Mixaylonun gizlənərək müqavimət göstərdiyi ”Uzaq sahillərdə” filmindəki bəzi səhnələr Ağsu rayonunun Kövlüc kəndindəki bir evdə çəkilib.

Bakı Kinostudiyasının yaradıcı kollektivi rayonda bir ay çəkilişlər aparıb. Kövlüc kəndində lentə alına biləcək müxtəlif məkanlara baxış keçirilib. Mixaylonun silahdaşı Visilinin “ata evi”nə, kəndin cənub şərqində dərədən qalxan yoldakı bir ev uyğun bilinib.

Evin qarşısında faşistlərin sakinləri topladıqları yerə baxarkən gözlərimiz qarşısında filmin həmin səhnələri canlanır.

Azərbaycan kinosunun incilərindən olan “Uzaq sahillərdə” filminin ekranlara çıxdığı vaxtdan 63 il keçir. Sakinlər deyir ki, kino çəkilən vaxt döyüş səhnələrini gerçək bilib, gizlənənlər olub.

Bu tarixi məkan hazırda uçub-dağılmaq üzrədir.

Kənd bələdiyyəsindən bildirilib ki, bir neçə il bundan əvvəl aidiyyəti qurumlardan gəlib təmir işləri ilə maraqlanıblar. Lakin evin tamamilə uçma təhlükəsi olduğundan təmir etmək mümkün olmayıb.

Həmçinin oxuyun

Bu teatrın direktoru mənimsəməyə görə işdən çıxarıldı

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. …