Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Bölgələr / “Üçəmləri olan valideynlə Tamilla Qulami eyni partiyadandırlar” – İcra başçısı

“Üçəmləri olan valideynlə Tamilla Qulami eyni partiyadandırlar” – İcra başçısı

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Buruc kəndindən üçəmləri olan ailəni təhqir etməsi barədə yayılan məlumatlardan danışıb.

İcra başçısı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür xəbərlər doğru deyil:

“Mən bu gün həmin ailəni virtual şəkildə qəbul etmişəm və dinləmişəm. Sonra həmin ailənin başçısını növbədənkənar işlə təmin etmişik. Həmin uşaqlar 2017-ci ildə doğulublar. O uşaqların valideyni mənə deyir ki, hökumət təcili olaraq onun üçün pul ayırıb ev tikməlidir. Mən isə ona izah edirəm ki, nə Nazirlər Kabinetinin, nə də İcra Hakimiyyətinin bu cür qaydaları yoxdur. Dövlət yalnız Qarabağ əlilləri və şəhid ailələri üçün evlər tikir. Bu da növbəli şəkildə olur. Digər kateqoriyadan olan insanlar üçün dövlət ev tikmir. Mən bunları həmin vətəndaşa izah edirəm, ancaq o razılaşmaq istəmir. Deyir ki, yazacam, şikayət edəcəm və şairə. Yəni, mənim həmin vətəndaşla dialoqum bu şəkildə olub, heç bir təhqir olmayıb. Tamilla Qulami yalan danışır, həmin ailəyə “sən niyə birdən bu qədər uşaq doğursan” deməmişəm. Onlar seçkidə uduzmuşdular, indi bunun heyfini bilmirlər ki, necə çıxsınlar”.

Müstəqim Məmmədov məsələni sosial şəbəkədə ictimailəşdirən Ümid partiyasının sədr müavini Tamilla Qulamiyə də irad bildirib:

“Bu məsələni ictimailəşdirən Tamilla Qulamidir. Üçəmləri olan valideynlə Tamilla Qulami eyni partiyadandırlar. Ona görə də bu məsələni məqsədli şəkildə gündəmə gətirir. Ancaq bir daha deyirəm ki, İcra Hakimiyyəti olaraq biz həmin ailəyə lazımı köməklik göstərmişik. Hətta, sosial yardım alması üçün lazım olan sənədləri də həll etmişik”.

Həmçinin oxuyun

Naxçıvanda sərnişin daşınmasından milyonlarla gəlir əldə edilib

Həyata keçirilən tədbirlərin və ən əsası əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişinin nəticəsidir ki, 2020-ci ilin …