Çərşənbə , Noyabr 29 2023
Ana səhifə / Bölgələr / Türkiyəli TIR sürücüləri Naxçıvanda etiraza qalxdı

Türkiyəli TIR sürücüləri Naxçıvanda etiraza qalxdı

Türkiyəli TIR sürücüləri  Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda etiraz aksiyası keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Sürücülər “Sədərək” gömrük postunda qanunsuz olaraq gözlədildiklərini, yalnızca rüşvət verənlərin postu rahat keçdiyini iddia ediblər.Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama yayıb.
“Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Qeyd edək ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.
Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur”, – açıqlamada deyilir.

Həmçinin oxuyun

Xankəndidə Qarabağ Universiteti yaradılır

Prezident 2 ay müddətində universitetin nizamnaməsini təsdiq etməyi tapşırıb Prezident İlham Əliyev Qarabağda universitet yaradılması …