Ana səhifə / Bölgələr / Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edildi

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Novruz mətbəxi təşkil edildi

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.

Sonda Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.

Həmçinin oxuyun

Qubadlının Tarovlu kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndindən yeni videogörüntülər yayıb. Azinforum.az həmin görüntüləri təqdim edir: