Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Bölgələr / Türkiyə hərbçilərinin Naxçıvan gəzintisi

Türkiyə hərbçilərinin Naxçıvan gəzintisi

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.

Həmçinin oxuyun

“Şamaxıda vulkan məhsulu 3 hektar əraziyə yayılıb” – Ceyhun Paşayev

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə …