Ana səhifə / Bölgələr / Toyda qohumlar dava saldı – Xəstəxanalıq olan var

Toyda qohumlar dava saldı – Xəstəxanalıq olan var

Astarada toyda dava düşüb, xəsarət alan var.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.
N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır” – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. APA …