Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Bölgələr / Toy karvanında təhlükəli anlar – Silahdan atəş açılıb (VİDEO)

Toy karvanında təhlükəli anlar – Silahdan atəş açılıb (VİDEO)

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.

APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.

Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Həmçinin oxuyun

“Şamaxıda vulkan məhsulu 3 hektar əraziyə yayılıb” – Ceyhun Paşayev

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə …