Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Bölgələr / Tovuzda nişanı olan 13 yaşlı qız niyə məktəbə getmir? – VİDEO

Tovuzda nişanı olan 13 yaşlı qız niyə məktəbə getmir? – VİDEO

Tovuzda azyaşlı qızın ərə verilməsiylə bağlı bəzi məlumatlar əldə edilib.

Belə ki, rayonunun Alakol kəndində nişan mərasimi təşkil edilən 13 yaşlı qız və 17 yaşlı oğlan xala uşağıdırlar. 17 yaşlı oğlanın Gəncədə yaşadığı bildirilir.

Kənd sakinlərinin sözlərinə görə, qızın ailəsi Rusiyaya gedib və bir müddət öncə Azərbaycana qayıdıb. Qeyd olunub ki, 13 yaşlı qız hazırda məktəbə getmir.

Məsələ ilə bağlı azyaşlı qızın qohumları BAKU.TV-yə danışıblar.

“Rusiyaya gedəndə 7-ci sinifdə oxuyurdu, qayıdarkən məktəb rəhbərliyindən bildirildi ki, qızımız 8-ci sinifdə yox, təkrar 7-ci sinifdə oxumalıdı. O, utandı deyə məktəbə getmədi. Gələn il təhsilinə davam edəcək”, – deyə nişanı olan qızın əmisi qeyd edib.

Həmin süjeti təqdim edirik:

Həmçinin oxuyun

Şirvanda işıqfor korrupsiyası

Bu gün dünyada, Hüquq Mühafizə Orqanlarının adı gələndə hamının nəzər diqqətini alverdən kənar, kommersiyadan uzaq, …