Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Bölgələr / Tovuzda körpəyə vurulan sistem onun bir qolunu iflic edib – VİDEO

Tovuzda körpəyə vurulan sistem onun bir qolunu iflic edib – VİDEO

Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.

Valideynlər həkimləri günahlandırır.

Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.

Bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar.

Körpənin valideynləri məsələnin araşdırılmasını və günahkar olan həkimlərin cəzalanmasını tələb edir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı açıqlama almaq istəsək də suallarımızı cavablandıran tapılmadı.

TƏBİB-dən isə bildirildi ki, məsələ ilə bağlı araşdırılma aparılır. Əgər hər hansı bir nöqsan aşkar edilərsə müvafiq tədbirlər görüləcək.

Həmçinin oxuyun

Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkinin Çayqaraqoyunlu kənd məktəbində dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.Hadisə 9-cu …