Şənbə , Avqust 20 2022
Ana səhifə / Bölgələr / Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” – Video

Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” – Video

Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırıldığı barədə xəbər vermişdik. Sosial şəbəkələrdə gün ərzində bu faktı əks etdirən foto və məlumat paylaşılıb. Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyəti qurumlar qınaq obyektinə çevrilib. Bəs reallıq necədir?

Aybəniz Qasımovanın 37 yaşı var. Tovuzda, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Onun qeyri-rəsmi nikahdan bir övladı var. 

Aybəniz Qasımova bildirib ki, həyat yoldaşı ilə küsüb evdən çıxıb. 

“Mən küçədə yaşamıram, atamın evində yaşayıram. Həyat yoldaşımla küsüb evdən çıxmışam. Uşağımı da küçədə yatızdırmıram, atamın evində mənlə birgə qalır” – deyə, o qeyd edib.

Həmçinin oxuyun

Vətən müharibəsi bu kənddən başlamışdı… – VİDEO

Bu günlərdə cəbhə xəttində işğalçı erməni silahlı dəstələrinin yaratdığı təxribat düşmənlə üz-üzə dayanan kəndlərimizdə son …